Neftin qiyməti rekord həddə bahalaşdı
04.03.2016 2292 0.0 0

Dünya birjalarında neftin qiymətində sürətlə bahalaşma davam edir. Məlumata görə, hazırda dünya bazarlarında “Brent” markalı neftin bir bareli  38.31 dollara qalxıb.

Bakı vaxtı ilə saat 20:43-də "Brent" markalı neftin 1 barrelinin may fyuçersi 38,70 dollara satılıb. Bu rəqəm dünən alqı-satqı əməliyyatları başa çatarkən qeydə alınmış göztəricidən 3,35% 1,24 dollar çoxdur. Hazırda isə neftin qiyməti 38,62 dollardır.

Bildirək ki, neftin qiyməti sonuncu dəfə 38 dolları ötən ilin dekabr ayında keçib. Bu isə o deməkdir ki, bu gün neft son ayların rekord göstəricisinə qədər bahalaşıb.


Ötən gün əlvan metalların qiymətində də cüzi ucuzlaşma müşahidə edilib. "Bloomberg"in məlumatına görə, qızılın 1 qramı bir qədər ucuzlaşaraq 39,84 dollar olub. Platinin 1 qramı 29.93 dollar, palladiumun 1 qramı isə 16.50 dollar olub. Gümüşün qiyməti cüzi bahalaşma ilə 1 qram üçün 0.48 dollar müəyyənləşib.

Neftin qiyməti Rusiya - Ukrayna münaqişəsindən sonra aşağı düşməyə başladı. 2014-cü ilin fevral-mart-aprel aylarından Rusiya Ukraynanın Krım bölgəsini və Donbas vilayətinin bir hissəsini işğal altında saxlayır.

O vaxtdan bəri dünya miqyasında yaranan yeni qarşıdurma iqtisadi basqılarla da müşayiət olunur. Neftin dünya bazarında qiymətinin enişi Qərblə Rusiyanın iqtisadi müharibəsinin əsas elementidir./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar