Neftin böyük bahalaşması
04.10.2015 896 0.0 0

Rusiya 2016-cı ildə neftin bir barelinin qiymətinin 60 dollar olacağını proqnozlaşdırır. 

Məlumata görə, bu barədə Rusiyanın energetika naziri Aleksandr Novak bildirib. Onun fikrincə, gələn il neftin 1 barelinin qiymətinin 60-70 dollara qədər artacağı gözlənilir.

"Neft bazarında qiymətlər yüksək olacaq. Qiymətlər artıq gələn ildən 60-70 dolara qədər qalxa bilər. Orta qiymətlər, mənim fikrimcə, uzunmüddətli prespektivdə 50 dollar olacaq", - deyə rusiyalı nazir "Sochi 2015" beynəlxalq investisiya formunda bildirib.

 


Aleksandr Novak - Rusiyanın energetika naziri


Amma "Lukoyl" neft çirkətinin vitse-prezidenti Leonid Fedun isə daha optimist fikirlər irəli sürür. Şirkətin hesablamalarına görə, qiymətlər 80 dollara çatacaq, bir barelə hətta 100 dollar veriləcək və bazarda neftin qiyməti yüksək səviyyədə qalacaq.

 


Leonid Fedun - "Lukoyl"un vitse-prezidenti

 

Rusiya Maliyyə Nazirliyinin proqnozları isə daha pessimistdir. Rusiya maliyyə nazirinin müavini Maksim Oreşkinin sözlərinə görə, neftin bir barelinin qiyməti hələ 5-7 il 40-60 dollar diapazonunda dəyişəcək.

Oktyabrın 3-də Londonda keçirilən qapalı bazarda "Brent" neftinin bir barelinin qiyməti 48,13 dollar təşkil edib.

 


Maksim Oreşkin - maliyyə nazirinin müavini./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar