Neft sürətlə bahalaşır
09.06.2016 546 0.0 0

Dünya birjalarında neftin bahalaşması davam edir.
 

Məlumata görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,28 dollar artaraq 51,51 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,17 dollar artaraq 52,68 dollar olub.
 
Neftin bahalaşmasına səbəb ABŞ-da kommersiya ehtiyatlarının azalmasıdır. Belə ki, Energetika Nazirliyinin açıqladığı statistikaya əsasən, ABŞ-da kommersiya neft ehtiyatları proqnozlaşdırıldığı kimi 2,5 mln. barrel deyil, 3,2 mln. barrel azalıb.
 
Üstəlik, dollara təzyiq neftin bahalaşmasını sürətləndirir./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar