Neft hasilatının «dondurulmasının» müzakirəsi OPEK sammitinədək davam etdiriləcək
30.10.2016 505 0.0 0

Neft hasilatının “dondurulması” məsələsi OPEK-in noyabrın 30-na nəzərdə tutulmuş  sammitinədək davam etdiriləcək.

 

“RİA Novosti”yə istinadən verilən xəbərə görə, bunu Braziliyanın energetika nazirinin müavini Marsiu Feliks deyib.   

 

“Bu gün sadəcə müzakirələr olub... Bugünkü toplantıda cəmi altı OPEK-ə üzv olmayan ölkə iştirak edib. Bu baxımdan məsələ hələ noyabrın 30-dək müzakirə olunacaq”, - deyə Feliks bildirib.  

 

Qeyd edək ki, bu gün Vyanada OPEK və qeyri-üzv ölkələrin texniki görüşü keçirilib.

 

Neft hasilatının həcminin məhdudlaşdırılmasına dair yekun qərarın OPEK-in noyabrın 30-da Vyanada keçiriləcək rəsmi görüşündə qəbul ediləcəyi gözlənilir./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar