Neft Daşlarında neftçi neftçini öldürüb
12.12.2017 972 0.0 0

Dekabrın 12-də saat 11-50 radələrində Neft Daşlarında SOCAR-ın “Neftqaztikinti” Trestinin 5 saylı Tikinti Quraşdırma bölməsinin fəhlələri Əsgərov Anar Təbriz oğlu və Xalıqov Azər Ədalət oğlu arasında məlum olmayan səbəblərdən şəxsi zəmində qarşıdurma baş verib.

 

SOCAR-dan verilən məlumata görə, nəticədə Anar Əsgərov Azər Xalıqova bıçaqla xəsarət yetirib.

 

A. Xalıqov aldığı xəsarətdən hadisə yerində ölüb.

 

Hadisə ilə bağlı hüquq mühafizə orqanlarına məlumat verilib, araşdırma aparılır./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar