Neft bahalaşır
23.01.2017 701 0.0 0

Dünya birjalarında neft bahalaşmaqdadır.

 

Məlumata görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 1,05 dollar və ya 1,05% artaraq 52,42 dollar təşkil edib.

 

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,06 dollar və ya 0,11% artaraq 55,55 dollar olub.

 

Neftin bahalaşmasının səbəblərinə gəlincə, OPEC üzvü olan ölkələrin nazirlərinin sözlərinə görə, ABŞ-da şist neft istehsalçılarının aktivləşməsi onları qorxutmur. Məsələn, Küveytin neft naziri Əssam əl-Marzuk qeyd edib ki, "qara qızıl"a olan tələbatın artması fonunda şist neft istehsalçılarının aktivləşməsi o qədər də qorxulu deyil: "Hasilatın azaldılması nefti bahalaşdıracaq, eyni zamanda neftə olan tələbatı artıracaq. Bu səbəbdən şist neft hasilatçılarının aktivləşməsi bizi narahat etmir".

 

Qətərin energetika naziri Məhəmməd Saleh əs-Səda isə qeyd edib ki, əldə olunan şist neft hazırda artmaqda olan tələbatın ödənilməsinə yönələcək. "Şist neft hasilatının artmasına baxmayaraq, bazarda balans yaranmaqdadır", - deyə o bildirib.

 

Bundan öncə Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol bildirib ki, neftin bahalaşması fonunda şist neft istehsalçıları sutkalıq hasilatı 500 min barrel artıra bilər./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar