Neandertal adamların məhvinə siqaret səbəb olub
09.08.2016 706 0.0 0

Amerika alimləri müasir insanların orqanizmində neandertal adamlarda (orta paleolit dövrü adamı) olmayan gen aşkar ediblər.

 

DNK strukturunda bu genin mövcudluğu onun tütün və ocaq tüstüsünə dayanığlığını təmin edir. Genetiklərin sözlərinə görə, məhz bu genin yoxluğu səbəbindən ocaqla yanaşı yaşayan qədim qəsəbənin toplu şəkildə müxtəlif xəstəliklərdən həlak olduğu ehtimal edilir.

Alimlər bu genin müsbət və mənfi cəhətlərinin olduğunu bildirirlər. Belə ki, həmin gen vasitəsilə insanların uzun müddət tütün məmulatlarından istifadə edə bilməsinə baxmayaraq, bu xüsusiyyətin mənfi fəsadlar törətdiyi də məlumdur./publika.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar