Nazirlik rəsmisindən alverçilərə ağır ittiham: Yemişi 10 qəpiyə alıb, 1 manata satırlar
24.07.2019 732 0.0 0

Kənd Təsərrüfatı Nazirliyi bostan məhsullarının baha olması ilə bağlı məsələyə münasibət bildirib.

Qazeta.info Oxu.az-ın məlumatına əsasən bildirir ki, nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Hüseynov deyib ki, Sabirabadda bostanda yemişin alış qiyməti 10-12 qəpikdir:

“Fermer deyir ki, sahədən topdan məhsul alanlar, yəni alverçilər Bakıda yemişin 1 kiloqramını 25 qəpikdən satdıqlarını deyərək, 8 ay əziyyət çəkib məhsul yetişdirmiş kəndlidən məhsulu daha ucuz satmağı tələb edirlər.

Yəni, alverçi, vasitəçi dediyimiz zümrə o 1-2 qəpiyi də fermerə çox görür. Üstəlik özlərinin yaratdığı bahalığı yazıq fermerin boynuna ataraq, “sahədən baha almışıq, ona görə baha satırıq” deyib kəndlinin günahına girirlər”.

V. Hüseynov təqdim etdiyi fotonu Sabirabadın Sərxanbəyli kəndindən cəmi 80 kilometr məsafədə, Bakı-Qazax magistral yolunun kənarında fəaliyyət göstərən marketin qarşısında çəkdiyini qeyd edib:

 

 

“Fermerdən 10 qəpiyə aldıqları yemişi 55 qəpiyə satırlar. Paytaxt supermarketlərində fermerdən 10 qəpiyə alınan yemiş alıcılara 1 manata, manat yarıma satılır. Fermerin əməyinə yazıq!”


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar