Nazirlik prezident təqaüdü alan şəxslərin sayını açıqlayıb
04.08.2015 589 0.0 0

Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərman və Sərəncamlarına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Prezident təqaüdü ilə təmin olunan vətəndaşların sayı cari ilin yanvar-iyun aylarında 53484 nəfər təşkil edib. 
  Qazeta.info ƏƏSMN-nin məlumatına əsasən bildirir ki, Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilmiş 180 nəfərə və ya ailə üzvlərinə, 13402 şəhid ailəsinə,  18784 nəfər müharibə əlili və onlara bərabər tutulan şəxsə, 20 Yanvar faciəsi zamanı şəhid olmuş 116 nəfərin ailəsinə, 20 Yanvar hadisələri ilə əlaqədar əlil olan 320 nəfərə Prezidentin aylıq təqaüdü ödənilib. Həmçinin Azərbaycan Respublikasının fəxri adları ilə təltif olunan 2240 nəfər, Böyük Vətən müharibəsi iştirakçısı olan 494 nəfər, ümumi səbəbdən I qrup əlil olan və əmək pensiyası almaq hüququ olmayan 17480 nəfər Prezidentinin aylıq təqaüdü ilə təmin olunub. 
   Qeyd olunan dövrdə  406 nəfərə Azərbaycan Prezidentin fərdi təqaüdü ödənilib. Həmçinin Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən 57 nəfər hərbi qulluqçunun 62 nəfər ailə üzvünə də Prezident təqaüdü təyin olunaraq ödənilməsinə başlanılıb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar