Nazir müavini: Rusiyada işləyəcək Türkiyə şirkətlərinin siyahısı hazırlanıb
11.12.2015 522 0.0 0

"Rusiyada əməkdaşlarının işləməsinə icazə verilə biləcək Türkiyə şirkətlərinin sayı dəqiqləşdirilməyib".

"RİA Novosti"yə istinadən verilən xəbərə görə, bunu Rusiya əmək nazirinin birinci müavini Aleksey Vovçenko jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, həmin şirkətlərin siyahısı tərtib edilərək, Rusiya hökumətinə təqdim olunub.

Nazir müavini şirkətlərin sayı haqda məlumat verməyib və dəqiqləşdirmə aparıldığını vurğulayıb.

Qeyd edək ki, 2016-cı il yanvarın 1-dən sonra həmin müəssisələrin adlarının açıqlanacağı gözlənilir.  /report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar