Tarix: 05.12.2016,   Saat: 00:17, Bazar ertəsi.          

Nazir: Aramsız yağışlar pambığın keyfiyyətinə təsir edə bilər

"Bu il Azərbaycanın kənd təsərrüfatı sahəsi üçün dönüş ili olub. Dönüş yalnız istehsal mühitində deyil, demək olar ki, bütövlükdə aqrar sektorda baş verib". Məlumata görə, bunu kənd təsərrüfatı naziri Heydər Əsədov bildirib.
 
Onun sözlərinə görə, pambıq istehsalı sahəsində qarşıya qoyulan hədəflərə nail olunub: "Bizim nəzərdə tutduğumuz 100 min ton həcmimdə real məhsulumuz var. Təəssüflər olsun ki, 20 gündən artıq yağan aramsız yağışlar pambıqyığan kombaynların təsərrüfatlara çıxışını tamamilə mümkünsüz edib. Hesab edirəm ki, noyabr ayında hava şəraiti əlverişli olarsa, biz bu geriliyi aradan qaldıracağıq və qarşımızda qoyulan hədəfə nail olacağıq. Bu günə olan məlumata əsasən, 44 min tondan artıq pambıq tədarük olunub. Sual oluna bilər ki, aramsız yağışlar pambığın keyfiyyətinə təsir edə bilərmi? Mən açıq şəkildə deyirəm ki, bu il gətirdiyimiz toxumların keyfiyyətindən çox razıyıq. Təbii ki, yağış, rütubət məhsulun keyfiyyətinə təsirsiz ötüşməyə bilməz. Ümumi kontekstdə isə məhsulun keyfiyyətinə ciddi təsir etməyəcək".



  Bölmə: Gündəm | Baxış sayı: 284 | Tarix: 01.11.2016, 12:49


Xəbərlər