NATO-dan Rusiya açıqlaması
01.05.2015 661 0.0 0

Avropada NATO Silahlı Qüvvələri birləşmələrinin baş komandanı Rusiya ilə əlaqələrindən danışıb. 

Məlumata görə, NATO Silahlı Qüvvələri birləşmələrinin baş komandanı Filip Bridlav ittifaqın artıq Rusiyanı müttəfiq olaraq qəbul etmədiyini bəyan edib. 

“Avropadakı qüvvələrimizin böyüklüyü 20 il Rusiyanı müttəfiq kimi qəbul etməyimizə əsasən hesablanıb. Qüvvələrimizin sayını Soyuq Müharibədən bəri ən az 74 % azaltmışıq. Lakin indi Rusiyanın müttəfiq kimi özünü göstərmədiyini görürük”, – Filip Bridlav bildirib. 

Bundan əvvəl ABŞ Senatında çıxış edən bridlav NATO və Rusiya hərbi qüvvələri arasındalə əlaqələrin qorunduğunu, amma bunun təsadüfi hallarda istifadə edildiyini demişdi./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar