NASA-dan SOS: Arktikada buzlaqlar belə əriyir - Video
27.03.2017 1293 0.0 0

Amerika Kosmik Agentliyi NASA Arktikada son 38 ildən bəri baş verən dəyişikliyi qeydə alan video yayıb.

Qazeta.info Axar.az -a istinadla xəbər verir ki, NASA-nın məlumatında Arktikada buzun qalınlığının rekord dərəcədə azaldığı qeyd olunub.

Agentliyin məlumatına görə, fevralın 13-də 1979-cu ilin aerokosmik müşahidələrindən bəri buzun ən aşağı göstəricisini qeydə almaq mümkün olub. Alimlər hesab edir ki, bu, planetdə baş verən istiləşmənin göstəricisidir.

1979-cu ildə Arktika buzlaqlarının ümumi sahəsi 2 milyon kvadrat kilometr təşkil edib. 2016-cı il isə bütün tarix boyu ən isti il olub.

Alimlər hesab edir ki, bir neçə onildən sonra Arktika yay mövsümündə buz örtükdən tamamilə azad olacaq, qışda isə yenidən buzlaşma baş verəcək.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar