NƏSRULLAH XƏBƏRDARLIQ ETDİ
31.01.2015 798 0.0 0

Hizbullah lideri Nəsrullah, Hizbullah heyəti və ya gənclərə sui-qəsd həyata keçirilərsə  bunun məsuliyyətinin İsrailin üzərinə düşəcəyini söyləyib.
 

 

Suriyanın Kunaytra bölgəsində həyatını itirən Hizbullah döyüşçüləri üçün təşkil edilən anım mərasiminə telekonferans vasitəsi ilə bağlanan Nəsrullah, "Bundan sonra Hizbullahın heyətindən və ya gənclərindən hər hansı birinə sui-qəsd olunarsa bunun məsuliyyəti İsrailə aiddir. Bu vəziyyətdə, uyğun şəkildə cavab vermə haqqına sahibik" deyə bildirib .

Qazeta.info AA-ya istinadən bildirir ki, əlavə olaraq Kunaytrada baş verənlərlə  əlaqədar Nəsrullah bildirib ki, "Kunaytra şəhidləri, İsrail sərhədinə 6 kilometr uzaqlıqda olublar. Onlar və İsraillilər arasında da Nusra döyüşçüləri vardı" deyə iddia edib.

Məlum  hücumla əlaqədar ən pis ehtimalları göz önünə aldıqlarını bildirən Hizbullah lideri:  "Kunaytra hücumuna görə intiqam almağa qərar verdik və ən pis ehtimalları göz önünə almışıq. Sonuna qədər getməyə hazırlaşdıq. Livanlılar bunu bilməlidir ki, biz müharibə istəmirik, əksinə məsuliyyətli hərəkət edirik. Ancaq qorxmuruq, İsraillilərin anlaması lazım olan da budur."

 

Daha sonra Hizbullah tərəfindən həyata keçirilən və 2 İsrail əsgərinin ölümü ilə nəticələnən hücumu xatırladan Nəsrullah, "Şebaa Fermaları əməliyyatı İsrailin səfərbərlik elan etdiyi bir zamanda reallaşdırıldı ancaq buna baxmayaraq əməliyyatın mexanizmi ilə əlaqədar məlumat sahibi ola bilmədilər" deyə bildirib.

İsrailin Kunaytra hücumunu boynuna götürməkdən çəkindiyini bildirən Nəsrullah bildirib ki,"İsrailli siyasi və hərbi liderlərin bizim hücuma verəcəyimiz cavab haqqındakı qiymətləndirməsi axmaqcaydı. İsrail Kuneytrada təşkil etdiyi hücumu boynuna götürməkdən imtina etdi ancaq müqavimət, Şebaa Fermaları əməliyyatını boynuna götürməkdən çəkinmədi. Onlar bizə gündüz hücum etdi və biz də onlara gündüz hücum etdik. Biz bundan sonra nişan qaydalarını tanımırıq. İsraillə mübarizə cəbhəmizdə sərhəd yoxdur. "

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar