Ən iri neft treyderi aktivlərinin bir qismini satır
25.10.2016 642 0.0 0

Dünyanın ən iri müstəqil neft treyderi olan "Vitol" ona məxsus "VTTI BV" şirkətinin səhmlərinin 50%-ni satır.

 

Məlumata görə, səhm paketinin dəyəri 1,15 mlrd. dollar həcmində qiymətləndirilir.

 

"VTTI BV" 5 qitədə yerləşən 13 liman terminalının operatorudur. Bununla yanaşı, şirkətin balansında 54 mln. barrel tutumu olan neft rezervuarları mövcuddur.

 

Səhm paketini ABŞ-ın ən iri neft treyderlərindən biri olan "Buckeye Partners" şirkəti alır.

 

Əqdin 2017-ci ildə bağlanması gözlənilir.

Əqd bağlandıqdan sonra "VTTI BV" paritet əsaslarda "Buckeye Partners" və "Vitol" şirkətlərinə məxsus olacaq./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar