Ən çox qazanan məşhurların siyahısı açıqlanıb-FOTO
12.07.2016 976 0.0 0

Nüfuzlu “Forbes” dərgisi dünyada ən gəlirli məşhurların reytinqini açıqlayıb.

 

“lenta.ru”ya istinadən verilən  xəbərə görə, amerikalı müğənni Teylor Svift ildə 170 milyon dollar gəlirlə reytinq cədvəlinə başçılıq edir.

 

 

 

 

İkinci yeri analoji müddət ərzində 110 milyon dollar qazanan "One Direction" qrupu tutub. Üçüncü sırada isə 95 milyonluq gəlirlə yazıçı Ceyms Patterson qərarlaşıb.

 

 

 

 

 

 

Madridin “Real” klubunun portuqaliyalı ulduzu Kristiano Ronaldo və psixoloq Fil Makqrou dördüncü sıradadırlar. "Forbes"ın hesablamalarına görə, onlar hər ikisi bir il ərzində 88 milyon dollar qazanıblar.

 

 

İlk onluqda adları olan digər məşhurlar arasında isə gülüş ustası Kevin Hart, teleaparıcı Hovard Stern, futbol ulduzu Lionel Messi və müğənni Adelin adları var./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar