Nəcməddin Sadıkov Rusiyaya gedib
28.09.2016 648 0.0 0

Silahlı Qüvvələrin Baş Qərargah rəisi MDB Silahlı Qüvvələri Qərargah Rəisləri Komitəsinin iclasında iştirak edəcək.

Qazeta.info Müdafiə Nazirliyinə istinadla bildirir ki, Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Rusiya Federasiyası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi ordu generalı Valeri Gerasimovun dəvəti ilə Sankt-Peterburq şəhərinə yola düşüb.
General-polkovnik N.Sadıkov sentyabrın 29-da MDB-nin üzvü olan dövlətlərin Silahlı Qüvvələri Qərargah Rəisləri Komitəsinin iclasında iştirak edəcək.
İclasda nümayəndə heyətlərinin rəhbərləri müdafiə sahəsində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparacaqlar.  Səfər sentyabrın 30-dək davam edəcək.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar