Müsavata razılıq verilmədi
14.04.2015 923 0.0 0

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının aprelin 19-na təyin etdiyi etiraz yürüşünü məqsədəuyğun hesab etməyib.  
 
Müsavat Partiyasının Divan üzvü Razim Əmiraslanlı  açıqlamasında bildirib ki, bu gün BŞİH-ə dəvət edilib: “Bakı Şəhər İcra Hakimiyyətinin ictimai-siyasi şöbəsinin müdiri Zaur Ramazanovla görüşdüm. Bizə bildirdilər ki, “20 Yanvar” metro stansiyasından keçmiş “Məhsul” stadionuna yürüş məqsədəuyğun deyil. Çünki avtomobillərin hərəkətinə və insanların gediş-gəlişinə mane ola bilər. Təklif etdilər ki, keçmiş “Məhsul” stadionunda mitinq keçirilməsi ilə bağlı müraciət olsa, baxıla bilər”.
 
R. Əmiraslanlı hazırda partiya rəhbərliyinin müzakirə apardığını və yekun qərarın veriləcəyini açıqlayıb./apa/ 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar