Müsavat Prtiyasının yebi başqanı bəlli oldu
13.10.2019 497 0.0 0

Məlum olduğu kimi bu gün Müsavat Partiyası 9-cu qurultayını keçirib

Qazeta.info xəbər verir ki, Müsavat Partiyasının başqanı postuna 3 namizəd hazırkı başqan Arif Hacılı, Divan üzvləri Tofiq Yaqublu və Yadigar Sadıqlıdır. Partiya tərəfindən mətbuata açıq və canlı yayımlanan qurultayda Partiyanın hazırkı sədri Arif Hacılı hesabat verib. Daha sonra, qonaqlara və namizədlərə çıxış üçün söz verilib. Sonra gizli səsvermə olub. Səsvermədə 338 nəfər  iştirak edib.

Səsvermə nəticəsində: 

Arif Hacılı- 261

Tofiq Yaqublu-50

Yadigar Sadıqlı- 20

səs toplayıb. Beləliklə, A. Hacılı 261 səslə yenidən Müsavat Partiyasının sədri seçilib.

Qurultay “Büllur” sarayında (köhnə İnqilab kinoteatrı) keçirilib.
 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar