Müsavat Partiyası parlament seçkilərində iştirak barədə qərar qəbul edib
07.12.2019 615 0.0 0

Müsavat Partiyası növbədənkənar parlament seçkilərində iştirak edəcək.

Məlumata görə, bu gün Müsavat Partiyası Məclisinin növbədənkənar sessiyası keçirilib.

Müzakirələrdən sonra Müsavat Partiyasının parlament seçkilərində iştirak etməsi barədə qərar qəbul olunub.

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyası bu gündən növbədənkənar parlament seçkisi prosesinə start verib.

Azərbaycanda növbədənkənar parlament seçkiləri 2020-ci il fevralın 9-da keçiriləcək./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar