Murat Bozdan xəstə fanatına möhtəşəm jest – VİDEO
07.03.2018 1049 0.0 0

Müğənni Murat Boz etdiyi hərəkətlə sosial şəbəkə istifadəçilərindən alqış toplayıb.

Bildirək ki, buna ifaçının progeriya (erkən yaşlanma xəstəliyi) xəstəliyindən əziyyət çəkən 12 yaşlı fanatına verdiyi sözü tutması səbəb olub.

Sənətçi bir müddət əvvəl onunla görüşmək istəyən Gülsüm adlı fanatının arzusunu həyata keçirəcəyinə söz vermişdi.

O, Gülsüm adlı azyaşlı qızın videosunu paylaşaraq “Sənin canına qurban, əlbəttə ki, görüşəcəyik” demişdi.

“Növbəti paylaşımımı Gülsümlə birgə edəcəm” deyən Murat onunla görüşüb və bunu “Instagram” hesabında izləyiciləri ilə bölüşüb./oxu.az/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar