Müdhiş qol: qapıçı topla birlikdə toru yırtaraq uçdu (VİDEO)
27.06.2015 1558 0.0 0

Rusiyanın “Zenit” futbol klubunun braziliyalı legioneri Halka (Hulk) aid məşq zamanı çəkilmiş qeyri-adi videoçarx yayılıb. Məlumata görə, ulduz futbolçunun topa vurduğu növbəti zərbə qolla nəticələnir. Amma bu qol normal futbol qarşılaşmalarında gördüyümüz qollardan kəskin dərəcədə fərqlənir. Belə ki, braziliyalı legionerin zərbə ilə qapıya vurduğu topu yaxalayan qapıçı güclü zərbənin təsirindən topla birlikdə toru yıraraq qapının arxa tərəfinə düşür. Həmin kadrları “Zenit” futbol klubuna aid səhfə paylaşıb və həmin video-çarx sutka ərzində 1 milyon dəfədən çox izlənib. /anspress/
 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar