Müdafiə nazirliyi məlumat yaydı-İtkin düşdüyü etimal olunan hərbiçilərimiz minaya düşüb
25.06.2015 554 0.0 0

Məlum olduğu kimi İyunun 23-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu sahəsində qoşunların təmas xəttində, yolu azaraq düşmən tərəfə keçməsi haqda məlumat yayılmışdı. 

Qazeta.info Müdafiə Nazirliyinə istinadla bildirir ki,  dağ-meşə şəraitində yolu azan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları kiçik çavuş Musayev Musa Sabir oğlu və kiçik çavuş Yolçuyev Tural Sahib oğlunun axtarışları Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilib.
İyunun 25-də hərbi qulluqçuların meyitləri qarşı tərəfdə minalanmış sahədə aşkar edilib. Görülən tədbirlər nəticəsində cəsədlər ərazidən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar