Müdafiə nazirinin icra başçısını döyməsi xəbərinə sərt reaksiya -RƏSMİ
13.04.2015 1721 0.0 0

Bu gün AzToday.az saytında müdafiə naziri Zakir Həsənovun Şəmkirdəki hərbi hissəyə səfər çərçivəsində Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovu döyməsi ilə bağlı xəbər yer alıb. Saytın yazdığına görə, buna səbəb hərbi hissə daxilində fəaliyyət göstərən restoranın sökülməsi ilə bağlı müdafiə nazirinin tələbinin icra başçısı tərəfindən icra edilməməsi olub.

Bununla bağlı  açıqlama verən Müdafiə Nazirliyinin mətbuat xidməti yayılan informasiyanı absurd adlandırıb:

“Açığı bu kimi absurd xəbərə şərh vermək belə yersizdir. Bu məlumatı yazan və yayan şəxsin ehtimal ki, psixi durumunda çatışmazlığı var və müəyyən problemləri mövcuddur”./moderato.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar