Müdafiə naziri rəsmi səfərə getdi
01.06.2015 532 0.0 0

Qırğızıstanda rəsmi səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 1-də Bişkək şəhərindəki Qələbə meydanında yerləşən Əbədi məşəl abidə kompleksini ziyarət edərək əklil qoyub. 
Sonra Qırğızıstanın Müdafiə naziri cənab Abibilla Kudayberdiyev tərəfindən general-polkovnik Z.Həsənovun rəsmi qarşılanma mərasimi keçirilib.
Qazeta.info Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, nümayəndə heyətlərinin iştirak etdiyi görüşdə ölkələrimiz arasında aparılan danışıqların və keçirilən görüşlərin əhəmiyyəti vurğulanıb, hərbi sahədə əməkdaşlığın inkişafı, təcrübə mübadiləsi və kadr hazırlığı məsələlərinə xüsusi diqqət yetirilib.
Sonra Müdafiə Nazirliyinin nümayəndə heyəti Koy-Taş şəhərində yerləşən Qırğızıstan Silahlı Qüvvələrinin Döyüş Hazırlığı Mərkəzində olub. Mərkəzin tarixi, fəaliyyəti və strukturu haqqında qonaqlara brifinq təqdim olunub.
Səfər iyunun 2-dək davam edəcək.

 

 

 

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar