Müdafiə naziri danışdı: Məqsəd ordunu müharibəyə hazırlamaqdır (VİDEO)
08.06.2015 686 0.0 0

Azərbaycanın müdafiə naziri Zakir Həsənov bir neçə gündən sonra Bakıda açılışı baş tutacaq Avropa Oyunları ərəfəsində ANS-in "Hesabat" verilişinin qonağı olub. Nazir Mir Şahinin suallarını cavablandırıb. 

Müdafiə naziri ilə görüşməyimizin və onunla müsahibəni birinci təqdim etməyimizin səbəbi çox sadədir. Müharibə aparan ölkəyik və bilirik ki, hər an nələrsə baş verə bilər.

- Sizcə ermənilər bu ərəfədə, bundan istifadə edib hansısa, dırnaqarası surpriz etməzlər bizə?

- Tam əminliklə deyə bilərəm ki, Azərbaycan xalqı rahat bir şəkildə Avropa Oyunlarında iştirak, eləcə də izləyə bilər. Ona görə ki, möhtərəm cənab prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanın tapşırığı ilə bütün güc sturukturları plana uyğun şəkildə öz fəaliyyətlərini həyata keçirir. Təbii ki, Müdafiə Nazirliyi də ona aid olan məsələlərin həllini planlı şəkildə icra edir. Bu gün tam əminliklə deyə bilərəm ki, bizim üzərimizə düşən vəzifələr yüksək səviyyədə həll olunur və bundan sonrada həll olunacaq. Qaldı cəbhədəki vəziyyətə, bu gün mötərəm prezidentin dediyi sözlərini bir daha xatırlamaq istəyirəm. Məhz 2014-cü ilin yayında etibarən cəbhə boyu silahlı qüvvələr bütün təşəbbüsü ələ keçirərək, düşmən üzərində tam üstünlüyə sahib olub. Əməliyyat baxımından bu bütün məsələləri həll edir. 

Xatırladım ki, sizlə ilk görüşdüyümdə bizim planlarımızın nədən ibarət olduğu barədə söyləmişdim. Bu gün tam əminliklə deyə bilərəm ki, bütün bu planlar mötərəm cənab prezidentin rəhbərliyi, Silahlı Qüvvələrin Ali Baş Komandanı göstərişi ilə həyata keçirilib və bu proses uğurla davam edir. Əgər xatirinizdədirsə, qeyd etmişdim ki, silahlı qüvvələrin daxilində islahatlar aparacağıq. Hazırda o islahatların əksəriyyəti həyata keçirilib. Artıq bunların nəticəsi həm biz, həm Azərbaycan xalq görür. Özəliklə mötərəm cənab prezident də bunu yüksək qiymətləndirir. Əsas odur ki, düşmən görür. Eyni zamanda düşmənin reaksiyasında da bunu görürük. Biz bu işləri, islahatları davam etdirəcəyik. Qısa bir müddət ərzində hesab edirik ki, biz daha yüksək səviyyədə döyüş hazırlığını təşkil edəcəyik.

- Son zamanlar hərbi təlimlərin sayı intensiv şəkildə artıb. Sizi hərbi təlim meydanından çıxan görmürük. Bu təlimlərin intensivləşməsinin səbəbi nə ilə bağlıdır?

- İlk növbədə mən ANS kanalına öz minnətdarlığımı bildirirəm. Məhz ANS kanalı Müdafiə Nazirliyinin tədbirlərin düzgün bir şəkildə Azərbaycan xalqının diqqətinə çatdırır. Bu özü-özlüyündə çox önəmlidir. Biz bir qismini özümüz bilərəkdən bölüşürük, ona görə ki, Azərbaycan xalqı bilməlidir ki, silahlı qüvvələrdə hansı islahatlar, hansı təlimlər hansı səviyyədə keçirilir. İlk növbədə onun qeyd etmək istiyirəm ki, Ali Baş Komandanın tapşırığı ilə silahlı qüvvələrdə 2015-ci il döyüş hazırlığı ili elan olunub. Burada planlı şəkildə mühüm məsələlər həyata keçirilir. Həm sturuktur, həm kadırlar baxımından tədbirlər həyata keçirilib. Biz bu gün qarşımıza belə bir məqsəd qoymuşuq ki, hər bir hərbi qulluqçu öz yerində, öz vəzifəsini yüksək səviyyədə yerinə yetirmək üçün lazımi biliyə sahib olsun. Ən əsası isə döyüş şəraitinə uyğun vəzifəsini icra etməyi bacarsın. 

İlk növbədə biz qərargahların, idaraəetmə məntəqələrin fəaliyyətini gündüz-gecə, səhra şəraitində həyata keçirmə bacarığını təkminləşdiririk. Biz birləşmə və hissələrin gecə və gündüz, səhra şəraitində vəzifələrini yerinə yetirməyə, döyüş atışı etməklə yoxlayırıq və təlimləri keçiririk. Qeyd edim ki, bu plan çərçivəsində bir neçə təlim mərkəzləri inşa etmişik. Təlim mərkəzlərinin inşası zamanı bütün sturuktur nəzərə alınb. Hər bir hərbi qulluqçu bu təlim mərkəzlərində yüksək səviyyədə öz təcrübəsin artıra bilir. Bu gün deyə bilərəm ki, bütün hərbi hissələr və birləşmələr gecə-gündüz təlim mərkəzlərində təlimlərini davam etdirir. Burada əsas məqsəd Azərbaycan Ordusunu müharibəyə hazırlaşdırmaqdır ki, ordu silahlı qüvvələrin qarşısında duran vəzifələrini yüksək səviyyədə yerinə yetirməyə hazır olsun. 

Deyə bilərəm ki, günü-gündən silahlı qüvvəllərin döyüş hazırlığı təkmilləşir və yüksək səviyyədə təşkil olunur. Bu bizi sevindiri, əminik ki, mötərəm cənab prezidentin, Silahlı Qüvvələrin Ali Baş Komandanın tapşırığını yüksək səviyyədə yerinə yetirməyə hazırıq. Bununla yanaşı onu da qeyd etmək istəyirəm ki, döyüş hazırlığının həddi yoxdur. Gecə-gündüz təlimlər davam etdirilir. Bu təlimləri həyata keçirmək üçün bu imkanı bizə Azərbaycan iqtisadiyyatı verir. Təlimlərdə çox sayda sursat və texnikadan istifadə olunur. Təbii ki, bütün bunların hamısı vəsait tələb edir. Xüsusən Azərbaycanın inkişafı bizə imkan verir ki, gecə-gündüş döyüş hazırlığı ilə məşğul olaq və döyüş hazırlığını yüksək səviyyədə təşkil edək.

- Cənab nazir, hesab edək ki, bu bizim sizinlə geniş müsahibəmizin anonsudur. Silahlı Qüvvələrimizin bayramı ərəfəsində sizinlə birlikdə yaratdığımız ənənəyə sadiq qalacağıq. Və siz “Hesabat”a növbəti dəfə məhz həmin gün müsahibə verəcəksiz.
- Razıyam!

Təşəkkür edirəm! 

 

 

/anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar