Müəllim olmaq üçün qeydiyyatdan keçənlərin sayı açıqlanıb
17.07.2017 735 0.0 0

Azərbaycanda müəllim olmaq üçün qeydiyyatdan keçənlərin sayı açıqlanıb.

Məlumata görə, Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib ki, iyulun 1-dən 14-dək nazirlik sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qeydiyyatı aparılıb: “Müəllim olmaq üçün miq.edu.az saytında qeydiyyatdan keçənlərin sayı 50 min nəfərə yaxındır”.

Xatırladaq ki, müəllimlərin işə qəbulu üzrə müsabiqə 4 mərhələdə (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) təşkil edilir. Bu il müsabiqəyə 8000-dən çox vakant yer çıxarılıb. /Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar