MTRŞ: Teleradio yayımçıları rəqəmli yayıma keçidə hazırdır
22.09.2016 508 0.0 0

Azərbaycanda teleradio yayımçıları rəqəmli yayıma keçidə tam hazırdır.
Bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) Aparat rəhbəri Toğrul Məmmədov deyib.
O qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin 20 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı”nın reallaşdırılması üzrə Tədbirlər Planının 5.1.7-ci bəndinin tələbinə uyğun olaraq, Azərbaycan Respublikasında yerüstü yayımlanan TV proqramlarının analoq yayımı bu ilin sonunadək dayandırılacaq və bununla da rəqəmli yayıma keçid tam başa çatdırılacaq./report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar