MTRŞ : `ANS-in açılması mümkün deyil`
21.09.2017 601 0.0 0

 

Milli Televiziya və Radio Şurası (MTRŞ) ANS televiziyasının yenidən fəaliyyətə başlayacağı haqda şirkətin prezidenti Vahid Mustafayevin fikirlərinə münasibət bildirib.


Qazeta.info bildirir ki, MTRŞ-nın Aparat rəhbəri Toğrul Məmmədov azvision.az-a  bildirib ki, ANS TV-nin açılması mümkün deyil.

"Bu barədə Ali Məhkəminin qərarı mövcuddur. Şuranın qərarı qüvvədə saxlanılıb. Bundan başqa daha nə demək olar? Faktiki olaraq Şura qərarını verib. Məhkəmə tərəfindən qərara dəyişiklik olunmayıb" - T.Məmmədov ANS-lə bağlı məsələyə aydınlıq gətirib.

MTRŞ rəsmisi, həmçinin əlavə edib ki, yaxın vaxtlarda Azərbaycanda yeni telekanalın yaradılması gözlənilmir. 

Qeyd edək ki, Vahid Mustafayev müsahibəsinə ANS-in yenidən açılacağını bildirib.

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar