MSK siyasi partiyalara xəbərdarlıq edib (VİDEO)
03.09.2015 741 0.0 0

Bu gün noyabrın 1-də keçiriləcək parlament seçkiləri ilə bağlı MSK-nın növbəti iclası keçirilib.

ANS TV-nin məlumatına görə, iclasda əsas yer seçkiqabağı təşviqatın aparılması qaydalarına verilib.

MSK sədri Məzahir Pənahov siyasi partiyalara xəbərdarlıq edib. O, deyib ki, seçki məcəlləsinə və təqvim planına əsasən seçkiqabağı təşviqatın aparılması oktyabrın 9-da başlanacaq. Proses 31 oktyabr saat 8:00-da dayandırılacaq:

“Artıq kütləvi-informasiya vasitələrini izləmək lazımdır. Çünki, KİV-də indidən təşviqat və təbliğat xarakterli yazılar dərc olunmamalıdır. Məhz fürsətdə istifadə edərək üzümü siyasi partiyalara və namizədlərə tutaraq MSK-a adından bəyan edirəm ki, bu məsələlərdə ehtiyyatlı olmaq lazımdır”./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar