MSK prezident seçkilərində yüksək seçici fəallığı gözləyir
09.04.2018 1403 0.0 0

Aprelin 11-i keçiriləcək prezident seçkilərində seçicilərin ənənəvi yüksək fəallığı gözlənilir.

Qazeta.info Trend-in məlumatına əsasən bildirir ki, bunu RİA Novosti-yə müsahibəsində Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.

M.Pənahov bildirib ki, cəmiyyətdə seçkilərə böyük maraq müşahidə olunur, elektorat arasında maarifləndirmə işi aparılıb. O əlavə edib ki, 11 partiya öz nümayəndələrini müşahidəçi kimi qeydiyyata alıb:

“Bütün bunları nəzərə alaraq fikirləşirəm ki, seçici fəallığı yüksək olacaq. Adətən, prezident seçkilərində fəallıq yüksək olur”.

Qeyd edək ki, 2013-cü il prezident seçkilərində 72 faiz, 2008-ci ildə 75 faiz, 2003-cü iləd 62 faiz fəallıq qeydə alınmışdı.

M.Pənahov onu da bildirib ki, MSK 900-ə yaxın beynəlxalq və 60 mindən çox yerli müşahidəçi qeydə alıb. KİV-lər 21 ölkədən 118 əməkdaşla təmsil olunacaq.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar