MSK-da referendumla bağlı yaradılmış ekspert qrupuna kimlər daxildir? - SİYAHI
28.07.2016 679 0.0 0

 Mərkəzi Seçki Komissiyasının (MSK) sonuncu iclasında vətəndaşların referendumda iştirak hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan verilmiş şikayətlərin araşdırılması məqsədilə MSK nəzdində sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsinin (referendumun) keçirilməsi dövründə fəaliyyət göstərəcək 9 nəfərdən ibarət tərkibdə ekspert qrupu yaradılıb.
Qazeta.info “Report”un xəbərinə əsasən bildirir ki, MSK-nın müvafiq qərarı bu gündən qüvvəyə minib.
Ekspert qrupuna bu şəxslər daxildir:
Ramiz İbrahimov – Mərkəzi Seçki Komissiyasının üzvü;
Validə Kazımova – Mərkəzi Seçki Komissiyasının üzvü;
İlham Məmmədov – Mərkəzi Seçki Komissiyasının üzvü;
Qabil Orucov – Mərkəzi Seçki Komissiyasının üzvü;
Bəxşeyiş Əsgərov – Mərkəzi Seçki Komissiyasının üzvü;
Tofiq Həsənov – Mərkəzi Seçki Komissiyasının üzvü;
İlkin Şahbazov – Mərkəzi Seçki Komissiyasının üzvü;
İradə Hacıyeva – Mərkəzi Seçki Komissiyası Katibliyi (Hüquq şöbəsinin müdiri);
Rafiq Abbasov – Mərkəzi Seçki Komissiyası Katibliyi (Hüquq şöbəsinin baş məsləhətçisi).
MSK-nın qərarına əsasən, dairə seçki komissiyalarının nəzdində qanunvericiliklə nəzərdə tutulmuş müddətdən gec olmayaraq, müvafiq tələblərə cavab verən 3 nəfərdən ibarət tərkibdə ekspert qruplarının yaradılması həmin seçki dairələrinin dairə seçki komissiyalarına həvalə edilib.


Digər xəbərlər:
Şərhlər
avatar