Mövlud Çavuşoğlu: «Erməni dostlarımız heç vaxt dürüst olmurlar»
19.11.2016 955 0.0 0

NATO Parlament Assambleyasının İstanbulda keçirilən 62-ci sessiyasında Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə erməni deputatın arasında qalmaqal baş verib.
 
Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Ermənistan parlamentinin üzvü Koryun Nahapetyan Türkiyəni bəzi məsələlərdə ittiham edib: “Türkiyə İŞİD-ə dəstək verir”.

M. Çavuşoğlu isə buna sərt reaksiya göstərib: “Fikirlərimiz müxtəlif ola bilər, amma əvvəlcə dürüst olmalıyıq. Siyasətçi olduğumuz üçün dürüstlüyə daha çox diqqət yetirməliyik. Təəssüf ki, erməni dostlarımız heç vaxt dürüst olmurlar. İŞİD-ə dəstək verdiyimizi necə deyə bilərsiniz? İndiyədək hansı ölkə Türkiyənin öldürdüyü qədər İŞİD terrorçusu məhv edib? Heç de dürüst olmayan formada İŞİD-i dəstəklədiyimizi deyirsiniz”. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar