Mosulda terror aktı nəticəsində 14 polis əməkdaşı həlak olub
30.04.2017 890 0.0 0

İraqın Mosul şəhərində törədilən terror aktı nəticəsində 14 polis əməkdaşı həlak olub, 20 nəfər xəsarət alıb. "Anadolu”ya istinadən verilən xəbərə görə, İŞİD qruplaşmasının üzvü olan 6 terrorçu-kamikadze Mosulun qərbindəki Bab at-Tub rayonunda yerləşən polis məntəqəsinə hücum edib.
 
Terrorçular polis idarəsinin iki binasını ələ keçiriblər, lakin hava zərbəsi nəticəsində hər iki bina dağıdılıb. Hücum dəf edilərkən  17 terrorçu məhv edilib. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar