Moskvada yanğın baş verib - 17 nəfər ölüb
27.08.2016 831 0.0 0

Rusiya Federasiyasının paytaxtı Moskva şəhərinin şimal-şərqində yerləşən anbarda yanğın baş verib.

 

TASS-a istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 17 nəfər ölüb, 4 nəfər xəsarət alıb. 16 nəfərin meyiti binanın 4-cü mərtəbəsində, yataq otağı kimi istifadə olunan yerdə aşkarlanıb. Onlar yuxuda ikən tüstüdən boğulublar. Daha bir nəfər isə xəstəxanada ölüb.

 

Ölənlərin hamısının MDB ölkələrinin vətəndaşları olduqları bildirilir.

 

Rusiya Fövqəladə Hallar Nazirliyinin Moskva üzrə idarəsi faktı təsdiqləyib. Yanğın baş verən anbarın "Peçatnıy ekspress" mətbəəsinə məxsus olduğu açıqlanıb.

 

Yanğın söndürülüb./apa/


Digər xəbərlər:
Şərhlər
avatar