Moskvada Rusiyanın Türkiyədə qətlə yetirilən səfiri ilə vida mərasimi başlayıb - VİDEO
22.12.2016 908 0.0 0

Rusiyanın Türkiyədə qətlə yetirilən səfiri Andrey Karlovla vida mərasimi başlayıb. 
Bildirək ki, A.Karlovla ilk vida mərasimi Rusiya Xarici İşlər Nazirliyində keçirilib.
Həmin tədbirdə Prezident Vladimir Putin, Baş nazir Dmitri Medvedev, xarici işlər naziri Sergey Lavrov, mərhumun ailə üzvləri, diplomatlar, ictimaiyyət nümayəndələri iştirak edib. S.Lavrov mərasimdə nitq söyləyib.   
Mərhum diplomatın cənazəsi daha sonra Xilaskar İsa Məsih kilsəsinə aparılacaq. Orada Rusiyanın Patriarxı Kirilin rəhbərliyi ilə dini ayinlər yerinə yetiriləcək. 
Ailəsinin istəyi ilə A.Karlov Moskva Vilayətinin Ximki şəhərinin qəbiristanlığında dəfn olunacaq.
Qeyd edək ki, Rusiyanın Türkiyədəki səfiri A.Karlov dekabrın 19-da Ankarada "Səyahətçilərin gözü ilə Kalininqraddan Kamçatkaya Rusiya" adlı sərgidə qətlə yetirilib. Mövlud Mərt Altınbaş adlı polis əməkdaşı sərginin açılışında çıxış edən diplomatı güllələyib. Xəstəxanaya çatdırılan A.Karlovun həyatını xilas etmək mümkün olmayıb. Türkiyə polisinin keçirdiyi əməliyyat nəticəsində diplomatı güllələyən Mövlud Mərt Altınbaş öldürülüb./Report/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar