Moskvada Putin və Netanyahu arasında görüş keçiriləcək
09.03.2017 821 0.0 0

Bu gün Moskvada Rusiya prezidenti Vladimir Putin və İsrailin baş naziri Benyamin Netanyahu arasında görüş keçiriləcək.
 
Məlumata görə, bu barədə Kremlin mətbuat xidmətinin yaydığı açıqlamada bildirilir.
 
Məlumata əsasən, tərəflər terrorla mübarizə,  Yaxın Şərqdəki vəziyyət, Fələstin - İsrail nizamlanmasını müzakirə edəcəklər.
 
“Söhbət zamanı ticarət- iqtisadi və humanitar sahələrdə  əməkdaşlığın genişləndirilməsi, ikitərəfli əlaqələrin inkişafı ilə bağlı fikir mübadiləsi aparılacaq”, məlumatda deyilir. Qeyd edək ki, bundan əvvəl B. Netanyahu Putinlə görüşdə İranın Suriyada hərbi iştirakının qəbuledilməzliyinə dair məsələ qaldıracağını bildirib./APA/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar