Moskvada Brejnevin sürücülük vəsiqəsi hərraca çıxarıldı - FOTO
06.11.2019 586 0.0 0

SSRİ Mərkəzi Komitəsinin Baş katibi Leonid İliç Brejnevin sürücülük vəsiqəsi və xəbərdarlıq talonu Moskvada hərraca çıxarılacaq.

Noyabrın 14-də keçiriləcək hərrac barədə “Litfond” öz saytında məlumat yayıb.

Qeyd edilib ki, sürücülük vəsiqəsinin ilkin qiyməti 1 350 000 - 1 500 000 rubl arasında olacaq.

Brejnevə məxsus sürücülük vəsiqəsi və xəbərdarlıq talonu 1976-cı ildə Brejnevə 70 illik yubileyi ərəfəsində SSRİ Daxili İşlər naziri Nikolay Şolokov tərəfindən zarafatyana hədiyyə edilib.  

Sözügedən sənəd 1991-ci ildə Moskvanın meri olmuş Qabriel Popov tərəfindən Brejnevin bağ evində tapılıb. /oxu.az/

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar