Moskvada azərbaycanlılara məxsus restoranda cinayət hadisəsi qeydə alınıb
13.02.2016 494 0.0 0

Moskvanın cənubunda yerləşən, azərbaycanlılara məxsus “Qız qalası” restoranında dava baş verib, nəticədə 2 nəfər yaralanıb. “Rosbalt”a istinadən verilən məlumata görə, həmin şəxslər  Təcili Tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıblar. Restoran əməkdaşlarının verdiyi məlumata görə, bir neçə müştəri qəfildən mübahisə etməyə başlayıb və daha sonra mübahisə davaya çevrilib. Münaqişə tərəflərindən biri soyuq silaha əl atıb.
İlkin məlumata əsasən cinayətkarlar boz “Toyota” ilə hadisə yerindən qaçıblar. Onların saxlanılması istiqamətində iş aparılır. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar