Moskvada adam girov götürüb Azərbaycanda tutuldular
22.08.2016 655 0.0 0

Ağdaş rayonu Şəkili kənd sakini Mədinə Həsənova polisə müraciət edərək naməlum şəxsin zəng edərək Moskva şəhərində yaşayan oğlu Elşadı girov götürdüklərini və onun buraxılması müqabilində 10 000 manat pul tələb etmələrini bildirib.
 
DİN-in saytına istinadən verilən məlumata görə, Ağdaş RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən rayon sakinləri Elçin Yaqubov, Zəki Mirhəsənov, Yaşar Ağayev və Cavid Qeysov tutulub.

Ağdaş sakininin Moskvada girov götürülməsi faktının bəzi detalları da məlum olub.
 
Ağdaş rayon Polis Şöbəsindən verilən məlumata görə, Pulu tələb edən şəxslər qadına Moskvadan zəng ediblər. M. Həsənova isə tələb olunan məbləği Moskvaya göndərmək imkanı olmadığını deyərək, pulu öz evində verə biləcəyini deyib. Bundan sonra qadın polisə məlumat verib.  
 
Evinə pulu almağa gələn 4 nəfər isə polis tərəfindən saxlanılıb.
 
Məlumatda o bildirilib ki, Moskvada girov götürülmüş şəxs artıq azadlığa buraxılıb./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar