Moskva ətrafında hidroplan və helikopterin toqquşub
09.08.2015 499 0.0 0

Moskva vilayətində İstrinski su anbarı üzərində hidroplan və helikopter toqquşub.Xəbərə görə, insident Bakı vaxtı ilə 22.06-da baş verib. Məlumata görə, hidroplan və “Robinson” tipli helikopter toqquşduqdan sonra suya düşüb.  

 

Moskva vilayətində İstrinski su anbarı üzərində hidroplan və helikopterin toqquşması nəticəsində 3 nəfər ölüb. Qazeta.info  APA-nın məlumatına əsasən bildirir ki, bu barədə “RİA Novosti”yə bölgənin xilasetmə qurumlarındakı mənbə bildirib.  
 
“Bir kişinin və 2007-ci il təvəllüdlü uşağın cəsədi aşkarlanıb”, deyə mənbə bildirib.  
 
Həmçinin qəza nəticəsində helikopteri idarə edən qadının da öldüyü bildirilir.  Xatırladaq ki, hər iki nəqliyyat vasitəsində 9 nəfərədək şəxsin olduğu ehtimal edilir.  

 
 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar