«Moody`s» Azərbaycanın bank sektorundakı problemli kreditlərin həcmini açıqlayıb
02.05.2016 380 0.0 0

Azərbaycanın bank sektorunda problemli kreditlərin xüsusi çəkisi 20% səviyyəsində qiymətləndirilir.

Xəbərə görə, bu barədə "Moody`s" beynəlxalq reytinq agentliyinin hesabatında bildirilir.
"İqtisadi azalma və milli valyutanın devalvasiyası Azərbaycanın bank sektorunda sabitliyi pozur. Manatın devalvasiyası xarici valyutada əmanətlərin həcminin artmasına, eləcə də problemli kreditlərin həcminin yüksəlməsinə səbəb olub. Hazırda problemli kreditlərin xüsusi çəkisi ümumi kredit qoyuluşlarının təxminən 20%-i təşkil edir", - deyə hesabatda qeyd olunub.

Agentliyin qiymətləndirmələrinə görə, bank sisteminin əlavə kapitallaşmaya ehtiyacı var: "Ölkənin ən iri bankı Azərbaycan Beynəlxalq Bankı dövlətdən dəstək alır. Məsələn, bankın kredit qabiliyyətinin dəstəklənməsi üçün 2015-ci ildə 3 milyard məbləğində problemli kredit "Aqrarkredit" BOKT-a ötürülüb. Bundan başqa, 2016-cı ildə bankın dövlətdən 500 mln. manat alacağı gözlənilir. Bu, Beynəlxalq Bankın kapitallaşmasını yaxşılaşdırmağa imkan verəcək"./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar