Monitorinq keçiriləcək
17.03.2015 720 0.0 0

“Dövlət başçısı müəllim maaşının 33% artımı ilə bağlı sərəncam verib. Təəssüf ki, bu sərəncam hələ də həyata keçirilmir”.

Məlumata görə, bunu deputat Fazil Mustafa parlamentin bu gün keçirilən plenar iclasında deyib.

O bildirib ki, müəllimlər həm yanvar, həm də fevral ayının maaşlarını artımla ala bilməyiblər: “Axı bu kateqoriyadan olan şəxslərin başqa sahələrdən gəliri yoxdur. Məktəblərdə pensiya yaşına çatmış müəllimləri taleyin ümidinə buraxmışıq”.

Millət vəkili dünya təcrübəsindən misal gətirib və bir sıra təkliflər irəli sürüb: “Türkiyədə həmin müəllimlərə kiçik biznes qura bilməsi üçün təzminat verilir. Ancaq bizdə müəllim pensiyaya çıxanda həmin vəsait ona verilmir. Məhz buna görə, müəllim pensiyaya çıxanda başqa bir işlə məşğul olmur”./anspress/

 

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar