Moldovanın yeni prezidenti seçilib
14.11.2016 576 0.0 0

Moldovada ikinci tur prezident seçkilərinin qalibi müəyyənləşib.

 

TASS agentliyinə istinadən verilən xəbərə görə, Moldovanın yeni prezidenti Sosialist partiyasının lideri İqor Dodon olacaq.

 

Artıq bülletenlərin 98 faizi hesablanıb. Moldova MSK-nın məlumatına əsasən, İqor Dodon  54,4%  səs toplayıb. Onun  rəqibi - Həmrəylik Partiyasının lideri Maya Sandu 45, 5 % səs toplaya bilib.

 

Beləliklə, qalan 2 faiz bülletenlərin hesablanması ümumi nəticəyə təsir göstərə bilməyəcək. 

 

Qeyd edək ki, İ. Dodon Rusiya ilə strateji əməkdaşlığın bərpa edilməsi, Moldova məhsullarının Rusiya bazarına qayıtmasının və bu ölkə ilə enerji sahəsində əməkdaşlığın normallaşdırılmasının tərəfdarıdır. M. Sandu isə Rumıniya və Ukrayna ilə əməkdaşlığı möhkəmləndirməyin, ABŞ-la strateji əməkdaşlığın yaradılmasını zəruri sayır.

 

Moldovanın yeni prezidentinin 41 yaşı var. Evlidir, üç övlad atasıdır./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar