Moldova prezidenti İqor Dodonun rəsmi qarşılanma mərasimi olub
22.06.2017 668 0.0 0

Azərbaycanda səfərdə olan Moldova prezidenti İqor Dodonun iyunun 22-də rəsmi qarşılanma mərasimi olub.

 

Məlumata görə, İqor Dodonu Azərbaycan prezidenti İlham Əliyev qarşılayıb.

 

Fəxri qarovul dəstəsinin rəisi Moldova Prezidentinə raport verib.

 

Moldova Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səslənib.

 

Prezident İlham Əliyev və prezident İqor Dodon fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

 

Moldova Prezidenti Azərbaycan əsgərlərini salamlayıb.

 

Azərbaycan Respublikasının dövlət və hökumət nümayəndələri İqor Dodona, Moldova nümayəndə heyətinin üzvləri İlham Əliyevə təqdim olunub.

 

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib.

 

Azərbaycan və Moldova prezidentləri rəsmi foto çəkdiriblər./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar