MKİ-nin baş direktoru: `Rusiya Ukraynada kimyəvi silah tətbiq edə bilər`
11.03.2022 258 0.0 0

“Rusiya Prezidenti Vladimir Putinin Ukraynaya qarşı müharibədə çox güman son hədəfi yoxdur”.

UNİAN-a istinadən xəbər verilir ki, bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) baş direktoru Uilyam Börns Senatın kəşfiyyat məsələləri üzrə komitəsinin iclasında bildirib.

Onun sözlərinə görə, Rusiya kimyəvi silah tətbiq edə bilər.

Baş direktor deyib ki, Rusiya Ukraynadakı həqiqətləri qeyri-müəyyən müddətədək gizli qalmayacaq.

U.Börns Rusiyanın “özgəsinin bayrağı altında” qurama əməliyyat keçirərək kimyəvi silahdan potensial istifadəsinə diqqət yetirməyin zəruriliyinə işarə edib: “Bu, hamınızın çox yaxşı bildiyi Rusiyanın metodlarının bir hissəsidir. Onlar bu silahları öz vətəndaşlarına qarşı istifadə ediblər. Onlar ən azı Suriyada və başqa yerlərdə bu silahdan istifadəyə sövq ediblər. Ona görə də biz bunu çox ciddi qəbul edirik”./report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar