Misir prezidentindən türkləri əsəbiləşdirən qərar
27.03.2015 750 0.0 0

Misir höküməti dərsliklərdən Səlahəddin Əyyubi və Ukbə bin Nafi barədə məlumatları çıxarıb. 

Məlumata görə, Misir höküməti məşhur şəxslərin adlarını dərsliklərdən "terrorla mübarizə" çərçivəsində çıxardığını bəyan edib. 

Misir Təhsil Nazirliyi dərs proqramlarında şiddəti təşviq edən mövzuların dərslik kitablarından çıxardığını bildirib. 

Təhsil naziri Muhib əl Rafii bu barədə qərarı təsdiqlədiyib. 

"Mısri əl Yevm" qəzeti yazır ki, dərs proqramlarından çıxarılan əhəmiyyətli mövzulardan bəziləri bunlardır: "İbtidai siniflərdə keçirilən "Qartalların sonu", "Henanın xahişi", "Səlahəddin Əyyubi" və orta məktəblərdə keçrilən dərsliklərdən isə "Ukbə bin Nafinin Savaş Dahiliyi" hekayələri".

"Qartalların sonu" adlı hekayədə qəhrəman qartaldan intiqam alan zaman onu yandırır. Bunun İŞİD-in iordaniyalı pilotu yandırmasına oxşar olduğu bildirilir. Səlahaddin Əyyubi və Ukbə bin Nafi hekayələrində isə cihad mövzusu olduğu üçün Misir Təhsil Nazirliyi onları dərsliklərdən çıxarıb./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar