Misir ordusundan İŞİD-ə ağır zərbə
04.07.2015 660 0.0 0

Misirin güc strukturları üç gün ərzində Sinay yarımadasının şimalında 200-dən çox silahlı ekstremisti məhv edib.

 

RİA Novosti agentliyinə istinadən verilən məlumata görə, silahlılarla toqquşmalarda azı 17 hərbçi həlak olub.

 

Məlumata görə, özlərini “Sinay Vilayəti” adlandıran İŞİD-in yerli bölməsi iyulun 1-də Rəfah və Şeyx-Züveyd şəhərləri ətrafında Misir ordusunun blok-postlarına hücum edib.  

 

“Son üç sutka ərzində Sinay yarımadasının şimalında məhv edilən terrorçuların sayı 205-ə çatıb”, Misir müdafiə nazirliyinin açıqlamasında bildirilir. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar