Milli QHT Formu erməni təcavüzünə məruz qalmış şəxslərlə görüş keçirib
02.09.2015 532 0.0 0

Avqustun 31-də Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun Məcburi Köçkün və Qaçqınlarla İş Üzrə Bölməsi və MQF Elm Mərkəzinin birgə əşkilatçılığı ilə Azərbaycanın qədim tor- pağı olan İrəvandan departasiya olunmuş,erməni təcavüzünə məruz qalmış bir qrup şəxslərlə görüş keçirilmişdir. Təşkilatdan Qazeta.info -ya verilən məlumata görə, görüşün keçirilməsində əsas məqsəd, canlı şahidlərin dili ilə azərbaycanlıların departasiya olunma səbəblərinin araşdırılması, Azərbaycanın qədim tarixi maddi mədəniyyət abidələrinə münasibət, yerli toponimlərin, yer adlarının dəyişdirilməsi və bununla bağlı digər məsələlərin araşdırılması idi.   

Görüşdə irəvanlı məcburi köçkünlər – Həcər Əliyeva, Salatın Əliyeva, Aydın Həsənov, Zemfira Həsənova, Nəriman Qarayev, Bayram Əliyev, Əsli Əliyeva və digərləri öz xatirələrindən danışaraq, “Böyük Ermənistan yaratmaq” xülyasına uyan, “Daşnaksütyun” partiyasının millətçi prinsiplərini dəstəkləyən ermənilərin daima azərbaycanlılara qarşı düşmən mövqeyində olduğu, hər zaman öz ata-baba yurdlarında erməni haqsızlıqları, ermənilərin törətdikləri cinayətlərlə rastlaşması, hətta bu münasibətin dövlət və hökumət orqanları səviyyəsində təşkil olunması, İrəvanda olan maddi-mədəniyyət abidələrinin dağıdılması barədə şahidi olduqları hadisələrdən bəhs etmişlər. İrəvan haqqında xatirələrini danışan, 1930-cu il təvəllüdlü Həcər Əliyeva atası Qafar Əliyevin və onunla birgə silahdaşlarının, 1918-ci ildə erməni daşnaqları tərəfindən azərbaycanlıların qətliamlarına dözməyərək, apardığı savaş tarixi barədə maraqlı faktlar söyləmişdir. Tədbirdə İrəvan tarixi ilə bağlı nadir şəkil nümunələri, Ermənistan Ali Sovetinin qərarı ilə Azərbaycan toponimlərinin, yer adlarının dəyişdirilməsi barədə İrəvanda çap olunmuş məcmuə müzakirə olunmuşdur. Sonda qərara alınmışdır ki, canlı şahidlərin söylədikləri tarixi faktlar qələmə və lentə alınaraq, azərbaycan və dünya ictimaiyyətinə çatdırılsın.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar