Milli Məclisin xüsusi iclası başlayıb
30.03.2018 907 0.0 0

 Milli Məclisin ermənilərin azərbaycanlılara qarşı soyqırımının 100 illiyi ilə bağlı xüsusi iclası başlayıb.

Qazeta.info “Report”un xəbərinə əsasən bildirir ki, iclasın gündəliyinə bir məsələ daxildir.

Bu, “Azərbaycanlıların soyqırımının 100 illiyi ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı haqqında” sənəddir.

Xatırladaq ki, bu il yanvarın 18-də Prezident İlham Əliyev 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında sərəncam imzalayıb. Sərəncamla Milli Məclisə soyqırımın 100 illiyi ilə bağlı xüsusi iclasın keçirilməsi tövsiyə edilib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar